“İnter”in yeni futbolçusu

interin-yeni-futbolcusu
Oxunma sayı: 1005

 
 “Qafqazinfo” xəbər verir ki, paytaxt klubundan apasport.az saytına verilən məlumata görə, çexiyalı hücumçu İvo Taborski ilə müqavilə imzalanıb .Rəsmi anlaşmaya imza atan forvard 6 ay “İnter”in şərəfini qoruyacaq.
 
O, ümidləri doğrultmadığı üçün geri qaytarılan makedoniyalı İlço Naumoskinin yerinə transfer olunub. Sol və sağ cinah vingeri kimi də çıxış edən legioner bakılılara sırf hücumçu kimi faydalı olmalıdır.
 Azərbaycana azad agent statusu ilə gələn çexiyalının son klubu vətənində “Teplitse” olub. Qış fasiləsində bu klubla Kiprdə təlim-məşq toplanışında olan Taborski sonda ölkəmizə üz tutub. 29 yaşlı futbolçu karyerası ərzində Çexiyada yetirməsi olduğu “Slaviya”da, həmçinin “Bohemians”, “Çeşke Budeyovitse”, “Pribram”, “Mlada Boleslav”da, Slovakiyada isə “Slovan”da çıxış edib.
 Qeyd edək ki, bunadək “İnter” Dieqo Madriqal və Yoan Bokonyanonu transfer edib.