“Azərbaycan mənim üçün yeni macəra olacaq. İlk dəfə xaricdə oynayacağam. Eşitdiyimə görə Bakı super şəhərdir. Oranı Dubayla müqayisə edirlər. Mən həyat yoldaşımı və 3 uşağımı ora aparmaq haqqında düşünürəm. Bu ayın axırı Azərbaycan çempionatı başlayacaq. Özümü əsas heyətdə görürəm. İnanıram ki, yeni uğurlu karyeram olacaq”.
32 yaşlı futbolçu “Feyenoord” üçün darıxacağını bildirib: “Təbii ki, “Kuip” stadionu üçün darıxacağam. Azarkeşlər burada həmişə mənə böyük dəstək veriblər. Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, bu yaşdan sonra Bakı klubunda bir neçə uğurlu ilim olacaq”.
Son xəbərlər
Son Xəbərlər