İnternatda 7 yaşlı uşağı dubinka ilə döyüblər- - Foto

internatda-7-yasli-usagi-dubinka-ile-doyubler-
Oxunma sayı: 3217


"Qafqazinfo" xəbər verir ki, internat evindəki mənbənin Bizimyol.info-ya verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərəfindən döyülüb. Uşağın başından dubinka ilə vurub. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək. 

Daxili İşlər Nazirliyi məsələdən xəbərdardır. Gün ərzində hadisə araşdırılacaq və ətraflı məlumat veriləcək. 

 Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib.