İnternatda qalan uşaq yoxa çıxıb- - Bakıda

internatda-qalan-usaq-yoxa-cixib-
Oxunma sayı: 1206


“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Vəzirov Azər Vəkilhüseyn oğlu bildirib ki, oğlu naməlum şəraitdə yoxa çıxıb. 9-cu Polis Bölməsinə müraciət edən paytaxt sakini qeyd edib ki, oğlu, 2001-ci il təvəllüdlü Həsənov Vəzir Azər oğlu Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbində yaşamaqla təhsil alır. 14 yaşlı oğlan yanvarın 5-də atasının evini internata getmək üçün tərk edib. Lakin o, məktəbə gedib çıxmayıb.

Hazırda müraciət əsasında zəruri araşdırmalar həyata keçirilir.