Bu gün Azərbaycan Mətbuat Şurasının 2016-cı ildə ilk iclası keçirilib. İclasda ilk olaraq Şuranın 2016-cı il üçün iş planı müzakirə olunub. Plan yekdilliklə qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda həmçinin internet media orqanlarının maliyyələşməsi ilə bağlı prinsiplər ətrafında da fikir mübadiləsi aparılıb. Bununla bağlı MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev milli mətbuatın 140 illik yubileyi münasibəti ilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə bu istiqamətdə müzakirələr gedib:
“Həmin vaxt dövlət başçısının məsələyə münasibəti, dəyərləndirməsi oldu. Buna görə də ictimai rəyə təsirinin dövlətin və cəmiyyətin mənafeləri ilə uzlaşdırılması, səmərəli məcraya salınması, həmçinin ölkəmizin dünyada daha sistemli şəkildə təbliği üçün onlayn media vasitələrinə də dövlət dəstəyi şamil edilə bilər. İclasda məsələ ilə əlaqədar kriteriyaların dəqiqləşdirilməsinin, yekun təkliflərin ölkə rəhbərliyinə təqdim edilməsinin zəruriliyi önə çəkildi”.
Son xəbərlər
Son Xəbərlər