İnternet modeminin alışması evi külə döndərdi - Foto

internet-modeminin-alismasi-evi-kule-donderdi
Oxunma sayı: 4334

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə yanıb.

Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov