“İnternetdə saxtakarlıqlar, hiylələr, yalanlar çoxdur”

“İnternetdə saxtakarlıqlar, hiylələr, yalanlar çoxdur”
Oxunma sayı: 1195

“İnternetdən gələn məlumatlara etibar etmək mümkün deyil, bir çox saxta informasiya hücumları var”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, informasiya həm də mübarizə silahıdır, buna görə də informasiya hücumları kifayət qədər effektiv mübarizə növlərindən biridir:

“Aydındır ki, həyat televiziya ekranlarında və hətta internetdə göstərilənlərdən daha mürəkkəb və rəngarəngdir. Orada heç nəyə etibar etmək olmaz, saxtakarlıqlar, hiylələr, yalanlar çoxdur. İnformasiya hücumları həmişə belə olub”.