“İnternetdə tanış olmaq istəyirlər, insan alverinin qurbanı olurlar”

internetde-tanis-olmaq-isteyirler-insan-alverinin-qurbani-olurlar
Oxunma sayı: 1344

“İnsan alveri ilə məşğul olan cinayət şəbəkələri bəzən internet üzərindən də asanlıqla bu prosesi həyata keçirirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Azay Quliyev bildirib.

“Təəssüflər olsun ki, bizim vətəndaşlar da buna aldanırlar. Xüsusilə internet üzərindən tanış olmaq və ailə qurmaq istəyirlər. Bəzən görürsən xaricə gedirlər və insan alverinin qurbanı olurlar. 

Və ya müxtəlif işə düzəltmə agentlikləri tərəfindən iş elanı verilir və nəticədə onlar da insan alverinin qurbanı olurlar. Hesab edirəm ki, bu cür agentliklərin fəaliyyəti də ciddi şəkildə araşdırılmalıdır”, - deyə deputat qeyd edib.  

Eldar Tanrıverdi