Almaniyalı siyasətçilər və bəzi jurnalistlərin şəxsi məlumatları internetə sızıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, haker hücumu Yeni ildən əvvəl baş versə də, yerli KİV ancaq bu gün xəbər tuta bilib.
İnternetə sızan məlumatlar arasında siyasətçi və jurnalistlərin mobil telefon nömrələri, ünvanları, şəxsi yazışmaları və ailə fotoları var.
“Bild” nəşri mənbəsinə istinadən xəbər verir ki, haker hücumunun qurbanı olan siyasətçilər arasında Almaniya kansleri Angela Merkel də var. Hücumun arxasında kimin dayandığı hələ ki, bilinmir.
Son xəbərlər
Son Xəbərlər