“İnterpol” azərbaycanlını axtarışa verdi

interpol-azerbaycanlini-axtarisa-verdi
Oxunma sayı: 1840

"İnterpol" Azərbaycan vətəndaşı Vaqif Kərimov barədə axtarış elan edib.

"Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

İstintaq orqanı Kərimov barədə cinayət işi başlasa da, o, istintaqdan yayınıb.

Nəticədə, Vaqif Kərimov barəsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.