İnterpol daha bir azərbaycanlını axtarır - Foto

interpol-daha-bir-azerbaycanlini-axtarir
Oxunma sayı: 1690

İnterpol daha bir azəbaycanlı barədə axtarış elan edib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Azərbaycan vətəndaşı Vasif Səlimov dələduzluqda təqsirləndirilir.

1959-cu il təvəllüdlü V.Səlimov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirli bilinib və barəsində cinayət işi başlanılıb. İstintaqdan yayınan V.Səlimov barəsində məhkəmə həbs qəti imkan tədbiri seçib və onun barəsində axtarış elan olunması barədə İnterpola müraciət olunub.

İnterpol həmin qərar əsasında V.Səlimov barəsində beynəlxalq axtarış elan edib.