İnterpol Elnur Abbasovu axtarışa verib

interpol-elnur-abbasovu-axtarisa-verib
Oxunma sayı: 2679

İnterpol daha bir azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, 1979-cu ildə Şirvan şəhərində anadan olan Elnur Abbasov qəsdən adam öldürməkdə ittiham olunub.

Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Məhkəmə istintaq orqanının təqdimatı ilə E.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib.

İnterpol məhkəmə qərarına əsasən E. Abbasovu beynəlxalq axtarışa verib.