İnterpol Sedat Pekeri axtarır

interpol-sedat-pekeri-axtarir
Oxunma sayı: 4085

İnterpol türkiyəli mafiya rəhbəri Sedat Peker haqqında 194 ölkədə qırmızı bülletenlə axtarış qərarı verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, qırmızı bülleten Anadolu Cumhuriyet Baş Prokurorluğu və Bursa Cumhuriyet Baş Prokurorluğuna təqdim edilib.

Bildirilir ki, Sedat Peker cinayətkar təşkilatı idarə etmək ittihamı ilə İstanbul və Bursada 5 fərqli iş üzrə mühakimə olunur.

Bu məqamda bildirək ki, daha öncə Türkiyə KİV orqanlarında 49 yaşlı Pekerin ölkədən qaçdıqdan sonra müxtəlif vaxtlarda Kosova, Makedoniya və Mərakeşdə yaşadığı barədə məlumatlar yayılıb. Hazırda isə kriminal avtoritetin BƏƏ-də məskunlaşdığı iddia olunur.