İnterpol Yanukoviçin axtarışını dayandırıb

interpol-yanukovicin-axtarisini-dayandirib
Oxunma sayı: 708

İnterpol Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin axtarışını rəsmən dayandırıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən xəbərinə görə, bu barədə Yanukoviçin mətbuat katibi Yuriy Kirasir Feysbuk hesabında bəyan edib. 

“İnterpol prezident Viktor Yanukoviçin “qırmızı bülleten” ilə axtarışda olmadığını və ya onun həbsi barədə xüsusi sorğu göndərilmədiyini təsdiqləyib”, - deyə Y. Kirasir yazıb.

Xatırladaq ki, V. Yanukoviç 2010-2014-cü illərdə Ukraynaya rəhbərlik edib. O, ölkəni 106 nəfərin ölümü ilə nəticələnən Maydan hadisələri – Kiyev və digər şəhərlərdə baş vermiş kütləvi etiraz aksiyalarından sonra, 2014-cü ilin fevralında tərk edib. Ukraynada ona qarşı bir neçə cinayət işi açılıb, əmlaklarına həbs qoyulub. İnterpol Yanukoviçi 2015-ci ilin yanvarında beynəlxalq axtarışa verib.