İnterpolun axtardığı azərbaycanlı Rusiyada tutuldu

interpolun-axtardigi-azerbaycanli-rusiyada-tutuldu
Oxunma sayı: 3208

İnterpol vasitəsilə axtarışa verilmiş daha bir Azərbaycan vətəndaşı tutulub.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilən və Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə ittiham edilən 1987-ci il təvəllüdlü Azad Babaşov Rusiyada saxlanılıb.

Onun Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.

Nizam Rza