İnterpolun axtardığı rusiyalı terrorçu Türkiyədə tutuldu

interpolun-axtardigi-rusiyali-terrorcu-turkiyede-tutuldu
Oxunma sayı: 1107

“İnterpol” xətti ilə axtarışda olan rusiyalı terrorçu Rüstəm Şoqenov Kayseridə ələ keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qırmızı bülletenlə axtarışda olan terrorçu mebel fabrikində yaxalanıb.

Şoqenov terror təşkilatına üzvlükdə, qanunsuz silah və sursat saxlanılmasında ittiham olunur. Cinayətkarın Rusiyaya ekstradisiyası üçün hazırlıqlara başlanılıb.