İnterpolun axtardığı şəxs Rusiyada tutuldu

interpolun-axtardigi-sexs-rusiyada-tutuldu
Oxunma sayı: 1954

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 233 və 273-cü maddələri ilə ittiham edilən 1985-ci il təvəllüdlü Etibar Oqtay oğlu İmamverdiyev saxlanılıb. Onun Azərbaycanda kompyuter sistemlərinə qanunsuz müdaxilə etdiyi, ictimai qaydaları pozduğu bildirilir.

E.İmamverdiyevin Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Nizam Rza