“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, bir ildən çoxdur ki, interpolun xətti ilə axtarışda olan H. Ağayevi Sumqayıt polisi saxlayıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o tutularaq ekstradisiya məsələlərinin həll olunması üçün Sumqayıt şəhər Prokurorluğuna təhvil verilib. Heybət Ağayev bir ləzgi tərəfindən tez-tez döyüldüyünü və Azərbaycana da canını qurtarmaq məqsədi ilə qaçdığını bildirib.
Qeyd edək ki, 49 yaşlı Heybət Ağayev Qazaxıstan Respublikasının CM-nin müvafiq maddəsinə əsasən habs qətimkan tədbiri seçilərək interpol kanalları ilə beynəlxalq axtarışa verilib.
Son xəbərlər
Son Xəbərlər