İnterpolun axtardığı təhlükəli qadın cinayətkarları - Azərbaycanlı da var+Fotolar

İnterpolun axtardığı təhlükəli qadın cinayətkarları
Oxunma sayı: 3413

İnterpol qadın cinayətlərinə görə beynəlxalq axtarışda olan 8 təhlükəli qatilin siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıya Rusiyanın orneburq əyalətinin sakini Valeri Andreyev liderlik edir.

O, qadın oğurluğu, zorlama və qətl maddələri üzrə 2012-ci ildən axtarışdadır. İddialara görə, 62 yaşlı Valeri xarici görünüşünü tez-tez dəyişdiyindən onu yaxalamaq çətindir. İstintaq onun haqqında 7 qadın oğurluğu faktını təsdiq edib. Siyahıdakı digər qadın qatillərinin adları belədir:

2. Məhəmməd əyyub Cahangiri – 28 yaş. Danimarka həyat yoldaşını amansızlıqla qətlə yetirdiyinə görə onun haqqında beynəlxalq axtarış elan edib.

3. Azad Səttar Əhməd Cuburi – 36 yaş. Norveç tərəfindən qadınlara qarşı seksual zorakılığa görə axtarılır.

4. Aleksey Levin – 42 yaş. Ukrayna tərəfindən qadının ölümünə səbəb olan ağır bədən xəsarətləri yetirmə maddəsi ilə axtarışdadır.

5. Tyaqo Enrike Moreyra – 38 yaş. Braziliya tərəfindən keçmiş sevgilisini amansız qətlinə görə axtarılır.

6. Nuran Musayev – 37 yaş. Rusiya tərəfindən iki qadını amansız qətlə yetirdiyinə görə axtarışdadır. Qeyd edək ki, milliyyətcə azərbaycanlı olan Nuran Musayev 1982-ci ildə Qərbi Azərbaycanda anadan olub. 

7. Panayotis Netsati – 44 yaş. Kipr tərəfindən qadınların oğurlanması, zorlanması və qətlinə görə axtarılır.

8. Bxadreşkumar Çetanbhay Patel – 29 yaş. ABŞ tərəfindən öz arvadını öldürdüyünə görə axtarılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi