İntihar edən 15 yaşlı qız nişanlı imiş

intihar-eden-15-yasli-qiz-nisanli-imis
Oxunma sayı: 4050

Quba rayonunda itkin düşən 15 yaşlı qızın intihar etdiyi müəyyənləşib.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 19-da itkin düşmüş Quba rayon sakini Güldanə Tağıyevanın həmin gün Samur-Dəvəçi kanalının Barlı kəndinin ərazisindən keçən hissəsində özünü kanala atması müəyyən edilib.

Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

Trend xatırladır ki, aprelin 19-da günorta saatlarında Quba rayon sakini, 2001-ci il təvəllüdlü Güldanə Tağıyeva orta məktəbdən çıxmış və geri qayıtmamışdı. G.Tağıyevanın nişanlı olduğu bildirilir.