İntihar edən məktəbli Müdafiə Nazirliyində işləyən rəisin qızıdır

intihar-eden-mektebli-mudafie-nazirliyinde-isleyen-reisin-qizidir
Oxunma sayı: 7975


Bu gün intihar edən məktəblinin Müdafiə Nazirliyinin İşlər İdarəsinin şəxsi heyət bölməsinin rəisi Mübariz Əsədovun qızı olduğu məlum olub. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik-leytenant Mübariz Əsədovun qızı 1997-ci il təvəllüdlü Zərifə Mətbuat prospekti, 2 ünvanında yerləşən hündür mərtəbəli binanın 9-cu mərtəbəsinə çıxaraq oradan özünü atıb.

Qeyd edək ki, qızın mobil telefonundan atasına göndərdiyi mesaj tapılıb. “Ata, məni bağışla! Mən bacarmadım”, - deyə SMS göndərib.

Xatırladaq ki, Zərifə Əsədova 11-ci sinifdə təhsil alırmış.