Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda 17 yaşlı Xumar Babayeva özünü yaşadığı 7-ci mərtəbədəki mənzildən atıb.
Bu zaman yeniyetmə qız onu xilas etməyə çalışan, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb və o, yaralanıb.
Z.Niyazovun vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirilib ki, onun vəziyyəti stabildir: “Z. Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilib. Ailəsinin iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə aparılıb”.
Qeyd edək ki, X. Babayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər