İntihar edirdi, Murat Bozla danışdı - Fikrindən döndü...

intihar-edirdi-murat-bozla-danisdi
Oxunma sayı: 719

Son günlər aktrisa Aslı Enverdən ayrıldığına dair xəbərlərlə gündəmə gələn müğənni Murat Boz atası Cafer Bozla intihar hadisəsinin qarşısını alıblar.

“Qafqazinfo”nun “Mynet.com”a istinadən verdiyi məlumata görə, sənətçinin atası dostları ilə İstanbulda xəstəxanalardan birində olarkən gənc bir oğlanın yaxınlıqdakı binanın damına çıxdığını görüb. O dostları ilə birlikdə intihar etmək istəyən gənci canına qəsd etməkdən vaz keçirməyə çalışıb. İşsiz olduğunu və borc içində yaşadığını söyləyən A. E. adlı şəxs intihar cəhdindən əl çəkməyincə Cafer Boz oğluna zəng edərək ondan kömək istəmək məcburiyyətində qalıb. 

Müğənni “Facetime” vasitəsilə vətəndaşla üz-üzə danışıb uzun söhbət etdikdən sonra onu binanın damından aşağı düşməyə razı salıb, eləcə də borclarını ödəyəcəyinə dair söz verib.