İntihar etdiyi deyilən qadını əri öldürübmüş - Beyləqanda

intihar-etdiyi-deyilen-qadini-eri-oldurubmus
Oxunma sayı: 2950

Beyləqanda dəhşətli cinayətin üstü açılıb.

"Qafqazinfo" xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlinin yaşadığı evdə özünü asması barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı T. Məmmədlinin intihar etmədiyi, onun ailə-məişət münaqişəsi zəminində əri 1980-ci il təvəllüdlü Pərviz Məmmədov tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

P. Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.