İntihar etmək istəyən belə xilas edildi - Yenilənib+Video

intihar-etmek-isteyen-bele-xilas-edildi
Oxunma sayı: 4067

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

***

"Qafqazinfo" xilasetmə anının görüntülərini təqdim edir: