İntihar etmək istəyən qız xilas edildi

intihar-etmek-isteyen-qiz-xilas-edildi-
Oxunma sayı: 1413


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qaradağ rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyir. Xilasedicilər həmin mənzilə daxil olmuş, S.Abdullayeva ilə müvafiq danışıqlar aparıb. Bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək qızı tuturaq intihar etməsinin qarşını alıblar. 

Murad Əhməd