İntihar etmək üçün 9-cu mərtəbəyə çıxdı

intihar-etmek-ucun-9-cu-mertebeye-cixdi
Oxunma sayı: 1393

Bakıda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşındırılıb.