İntihar üçün 14-cü mərtəbəyə birlikdə çıxdılar - Bakıda

intihar-ucun-14-cu-mertebeye-birlikde-cixdilar
Oxunma sayı: 644

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin intihar etmək məqsədilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.
 
“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.
 
Vətəndaşlar aidiyyəti üzrə təhvil veriliblər.