İntihar üçün 7-ci mərtəbəyə çıxdı

intihar-ucun-7-ci-mertebeye-cixdi
Oxunma sayı: 1635

Qəbələ rayonunda intihara cəhd edilib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində 1 nəfər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində pilləkən qəfəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.