İntihara cəhd edən məktəblilərin vəziyyəti necədir?

intihara-cehd-eden-mekteblilerin-veziyyeti-necedir
Oxunma sayı: 1091

Təhsil Nazirinin müavini Firudin Qurbanov nazirliyin mətbuat nümayəndələri üçün təşkil etdiyi təlim proqramında son aylarda şagirdlərin intihar və intihara cəhd etmələrinə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o bildirib ki, son zamanlar cəmiyyəti narahat edən əsas məqamlardan biri də şagird və müəllimlərin psixoloji durumu ilə bağlıdır:

"Təəssüflə qeyd  etməliyəm  ki, hər kəsin psixoloji vəziyyəti eyni deyil, bəzi şagird və müəllimlərimizin psixoloji vəziyyətlərində problemlər var. Hazırda Azərbaycan məktəblərində 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin özünəməxsus xarakteri var. Uşağın xarakteri 3-5 yaş müddətində formalaşır və bizə artıq hazır məhsul gəlib çatır. Ailələr, müəllimlər müxtəlifdir. Hamısı bizim istədiyimiz kimi təlim-tərbiyəni apara bilmir. 

Bəzi orta məktəblərdə problemlər olub və bu zaman nazirlik operativ addımlar atıb, məsuliyyət gücləndirilib. Xüsusi qrup yaradılıb, elə fövqəladə hallar üçün qaynar xətt yaradılıb. Uşaqların sağlamlığı ilə bağlı Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Bir məktəbli qız uşağı özünü ailədaxili problemlərə görə özünü 5-ci , Qaradağ rayonunda bir oğlan özünü 2-ci mərtəbədən atmışdı. Biz bu məsələlərin üstünə düşdük və hər iki uşağın vəziyyəti yaxşıdır, hazırda evlərindədirlər".

Günel Hacı