İntihara cəhdin qarşısı alındı

intihara-cehdin-qarsisi-alindi
Oxunma sayı: 1738

Qubada intihara cəhd hadisəsi baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə Vladimirovka kəndində qeydə alınıb.

Belə ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, kənddə 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.