Yanvarın 14-də paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi küçəsindəki çoxmərtəbəli binada özünə xəsarət yetirən qadın xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Ş.Hacıyeva tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.
İlkin araşdırma zamanı Ş.Hacıyevanın mənzilinə baxış keçirilərkən intihar etmək niyyəti ilə bağlı məktub yazdığı aşkar edilib.
Məktubun məzmunu haqqında məlumat verilmir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər