İntiharın qarşısı alındı

intiharin-qarsisi-alindi
Oxunma sayı: 707

Bakının Xəzər rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə yüksək gərginlikli elektrik dirəyinə çıxması barədə məlumat daxil olub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılıb. Psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.