İntiharla bağlı məlumatları yayan direktora xəbərdarlıq edildi

intiharla-bagli-melumatlari-yayan-direktora-xeberdarliq-edildi
Oxunma sayı: 2178

Qusarda intiharla bağlı qadağan edilmiş məlumatları yaydığına görə məktəb direktoruna xəbərdarlıq edilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanov “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verib.

Xatırladaq ki, direktor sözügedən məktəbdə intihar edən 14 yaşlı şagirdlə bağlı mediaya açıqlama vermişdi.

Həmçinin oxuyun: 8-ci sinif şagirdi niyə özünü məktəb binasından atıb? - Ailədən açıqlama