İntiharlarla bağlı kampaniya başlayır

intiharlarla-bagli-kampaniya-baslayir
Oxunma sayı: 1174



“2014-cü ilin ilk 23 günü ərzində mətbuata məlum olan 21 intihar hadisəsi qeydə alınıb. Bu, Azərbaycanımızda gərginliyin və insanların özünü ifadə etmə probleminin kuliminasiya nöqtəsinə çatmasının sübutudur. Biz, Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq mövcud problemi ictimailəşdirmək üçün fləş-mob və kampaniyalar keçirdik. Lakin intiharın günü-gündən artması mövcud problemin həlli üçün fəaliyyətin genişləndirilməsini vacib edir. Bütün bunlarla yanaşı Azərbaycanda fəaliyyət göstərən Azad LGBT Təşkilatının rəhbəri İsa Şahmarlının intihar etməsi cəmiyyətdə böyük sarsıntı yaratdı. İntiharların sayının artması qorxusu, özünə qəsd hallarının adiləşməsi və bu istiqamətdə hər hansı bir ciddi addımların atılmaması səbəbindən Dalğa GH İdarə Heyəti qərarlar qəbul edib və bu istiqamətdə təşəbbüslə çıxış edir: 

1. Dalga GH-nın nəznində  insanlara təmannasız pisxoloji yardım göstərəcək Mərkəz yaradılacaq.
2. İnsanları intihar həddinə çatdırılması ilə bağlı mövcud qanunvericiliyin daha da sərtləşdirilməsi ilə bağlı hökumət qarşısında məsələ qaldırılacaq.
3. Azərbaycanda fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnstitutlarını cəlb edərək "Yaşa ki , yaradasan!" kampaniyasına başlanılacaq.
Dalğa GH hər bir vətəndaşı Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş "... İnsan və Vətəndaş hüquqlarını, azadlıqlarını, irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır." qanuna hörmətlə yanaşmağa çağırır”.