İntiqam Əliyev soyuq silah saxlamaqda ittiham oluna bilər?

intiqam-eliyev-soyuq-silah-saxlamaqda-ittiham-oluna-biler
Oxunma sayı: 845


“Qafqazinfo” xəbər  verir ki, bu barədə “Amerikanın Səsi”nə vəkil Anar Qasımlı bildirib. Ekspertizanın keçirilməsi haqda protokolu şərh edən İ.Əliyev istehza ilə deyib ki, “prokurorluq yeni ədəbi janr yaradır  - istintaq protokolları”.

Vəkil bütün suvenir mağazalarında satılan dekorativ əşyalar üzrə ekspertizanı qeyri-ciddi hesab edir.

Bundan əlavə, Kürdəxanı təcridxanasının administrasiyası İ.Əliyevin barəsində qərar çıxarıb, o, vəkilinin vasitəsilə vətəndaşların hüquqlarnın müdafiəsinə dair işlər üzrə qeydləri Avropa İnsan Hüquqları Məhkəməsinə ötürüb.

İ.Əliyev avqustun 8-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadə, vergi ödəməkdən yayınmaqda ittiham edilir.

Amnesty İnternational onu “vicdan məhbusu” hesab edib.