İntiqam Əliyev türk polisinə qalib gəldi - - 8 min lirə təzminat

intiqam-eliyev-turk-polisine-qalib-geldi-
Oxunma sayı: 2744


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı hüquq müdafiəçisi İntiqam Əliyevin hava limanında pasportu yoxlanılan zaman polislə mübahisəsi düşüb. Polis İ.Əliyevin ona “oğlan” deyə müraciət etdiyini və təhqir olunduğunu bildirib. Əliyev “oğlan” sözünün “adam” mənasını daşıdığını desə də polisi yola gətirə bilməyib. Lakin məhkəmə Əliyevin haqsız yerə tutulduğunu, kamerasız otaqda 3 dəqiqə 38 saniyə dövüldüyünü, deportasiya olunaraq 1 il Türkiyəyə gəlməsinə qadağan qoyulmasını qanunsuz hesab edərək ona təzminat ödənilməsi ilə bağlı qərar çıxarıb. 

Xatırladaq ki, hava limanındakı insident 2011-də baş vermişdi.

O zaman polis Əliyevin pasportunu ona qaytararkən vəsiqə vəkilin əlindən düşür və polis “pasportunuzu normal ala bilmirsinizmi” deyə Əliyevə müraciət edir. Vəkil isə “siz normal vermədiniz, mən də ala bilmədim” cavabını verir. Bu cavaba qəzəblənən polis “alın pasportunuzu və gedin” deyərək pasportu stolun üstünə atır. Əliyev “siz mənə qarşı necə belə davrana bilərsiniz” dedikdən sonra polis pasportu onun əlindən zorla alaraq ölkəsinə dönüşünü ləğv edəcəyini və biletini “yandıracağını” deyir. Mübahisə zamanı polislər Əliyevin həmin məmuru “amela oğlan” deyə təhqir etdiyini iddia edirlər. Əliyev isə “məmur oğlan” dediyini və azərbaycanca “oğlan” kəliməsini “kişi, adam” anlamına gəldiyini izah etməyə çalışsa da polislər ondan üzrxahlıq gözləyirlər. Vəkil təhqirə yol vermədiyini və üzr istəməyəcini dedikdən sonra o qandallanaraq həbs olunur və daha sonra Türkiyədən deportasiya edilir.