İ.Əliyevin vəkili Fəxrəddin Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırlıq iclası təyin edilib: “Məhkəmə yanvarın 16-i saat 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Hakim Rasim Sadıxovdur. Yanvarın 9-da özüm İnqtiqam bəylə görüşəcəyəm”.
Qeyd edək ki, İnqtiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunur.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər