İnyestanın yeni klubu bəlli oldu

inyestanin-yeni-klubu-belli-oldu
Oxunma sayı: 3635

İspaniya millisinin sabiq üzvü Andres İnyesta yeni klubu ilə bağlı qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubu ilə müqavilə imzalayacaq.

İnyestanın son klubu Yaponiya “Vissel Kobe”i olub. O, 2018-ci ildən sözügedən klubda oynayırdı.