İnzagi istefaya göndərildi

inzagi-istefaya-gonderildi
Oxunma sayı: 3503

“Salernitana” baş məşqçisi Filippo İnzagini istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Buna komandanın 2023/2024 mövsümündə A seriyasında uğursuz çıxışı səbəb olub.

İtaliya çempionatının 24 turundan sonra “Salernitana” 13 xal toplayıb və hazırda 20-ci yerdədir.

Xatırladaq ki, 50 yaşlı mütəxəssis “Salernitana”nın baş məşqçisi vəzifəsinə ötən ilin oktyabrında təyin olunmuşdu.