İnzibati rəhbər vəzifələr üçün qeydiyyat elan edildi

inzibati-rehber-vezifeler-ucun-qeydiyyat-elan-edildi
Oxunma sayı: 2152

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 3 avqust 2020-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər.

İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat 1 avqust saat 18:00-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.