İordaniyada dövlət çevrilişinə cəhd iddiası

iordaniyada-dovlet-cevrilisine-cehd-iddiasi
Oxunma sayı: 2003

İordaniya kralı II Abdullahın qardaşı Şahzadə Həmzə bin Hüseyn saxlanılıb və paytaxt Ammandakı Sarayında nəzarətdədir.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Washington Post” qəzeti çıxış edib.

Bildirilib ki, Kral Hüseynin ən böyük oğlu və Kral II Abdullahın böyük qardaşı Şahzadə Həmzə bin Hüseyn və daha 20 nəfər “ölkədəki sabitliyə təhlükə yaradılması” səbəbindən saxlanılıb.

Şahzadənin paytaxt Ammandakı Sarayında saxlandığı, nəzarətə götürülənlər arasında ölkənin təhlükəsizlik təşkilatının təmsilçilərinin olduğu əlavə edilib.

İordaniyanın rəsmi agentliyi olan PETRA bu iddiları təkzib edib.

Bundan öncə PETRA-da yayımlanan xəbərdə keçmiş Kraliyyət Divanı sədri Basım İbrahim Avadallah və bəzi şəxslərin saxlanıldığı bildirilmişdi.