iPhone 13 modelini “Kontakt”dan ilk alanlara 300 manatlıq hədiyyə

iphone-13-modelini-kontaktdan-ilk-alanlara-300-manatliq-hediyye
Oxunma sayı: 1940

Rəsmi iPhone 13 modellərini hamıdan daha əvvəl, üstəlik ən sərfəli şərtlərlə almaq istəyirsiniz? Elə isə gözünüz “Kontakt”da olsun! “Apple” brendinin Azərbaycandakı Rəsmi Satış Mərkəzi olan “Kontakt” yeni iPhone modellərinin satışına birinci: oktyabrın 14-dən 15-nə keçən gecə saat 00:00-da başlayacaq. Üstəlik gecə 02:00-dək “Ukrayna dairəsi” mağazasından iPhone 13 seriyasından istənilən modeli alana 300 manatlıq telefon balansı hədiyyə ediləcək. Bu şərt istər nağd, istər hissəli alış, istərsə də taksit kartları ilə alan hər kəsə şamil olunacaq.

“Kontakt” son seriya iPhone-ları kontakt.az saytından önsifariş etmək imkanı da yaradır. Yalnız önsifariş edənlər və oktyabrdın 15-nə keçən gecə “Ukrayna dairəsi” mağazasına gələnlər iPhone 13 seriyasını ilkin ödənişsiz, tam 12 ay faizsiz şərtlərlə ala biləcək. Belə üstünlüklər başqa heç bir şəbəkədə yoxdur.

“Apple” məhsullarını “Kontakt”dan almağın digər üstünlükləri də var:

  • Hamıya əlçatan kredit şərtləri – Bütün Apple məhsullarını "Kontakt" mağazalarında uyğun hissəli alış şərtləri ilə və hətta müştəri tarixçəsindən asılı olaraq ilkin ödənişsiz əldə edə bilərsiniz. Həmçinin məhsulun dəyərinin 50%-ni ilkin ödəniş edərək qalan məbləği 6 ay ərzində faizsiz şərtlərlə ödəyə bilərsiniz. Taksit kart sahibləri də endirimli nağd qiyməti komissiyasız və ilkin ödənişsiz, 6 aylıq bərabər hissələrə bölə bilər.
  • Köhnə telefonu gətirib yeni iPhone 13 aparmaq imkanı – Köhnə telefonunuzu vəziyyətindən və hansı elektronika mağazasında alınmasından asılı olmayaraq "Kontakt" mağazalarına gətirin, mütəxəssislər telefonunuzu yerindəcə qiymətləndirsinlər və bazar qiyməti dəyərində seçdiyiniz iPhone 13 modellərindən istənilən birinə real endirim əldə edin.
  • Tam orijinal və rəsmi məhsul almaq imkanı – Tam orijinal və rəsmi Apple məhsullarını əldə etmək üçün “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzi "Kontakt "a gəlin. “Kontakt Home” və “Kontakt Smart” mağazalarında "Apple"ın 100-dən çox çeşidi: telefonlar, planşetlər, Macbook və iMac, qulaqlıq və aksessuarları təqdim olunub. "Kontakt "ın satış ekspertləri sizə yeni iPhone modellərinin funksionallıqları barədə bütün məlumatı verəcək, istədiyiniz modelin seçimində yardım olacaq.
  • Təmiri rəsmi "Apple" servisi həyata keçirir - "Kontakt"dan alınan "Apple" məhsullarının bütün zəmanət boyu təmiri ölkəmizdəki rəsmi "Apple" servisi tərəfindən həyata keçirilir. Məhsulların təmirində istifadə olunan detalların orijinallığına və təmirin keyfiyyətinə tam təminat verilir.

Odur ki, rəsmi iPhone 13 modellərini almaq və hədiyyə qazanmaq üçün oktyabrın 14-dən 15-nə keçən gecə saat 00:00-dan gecə 02:00-dək “Kontakt Home – Ukrayna dairəsi” mağazasına gəlin!