“iPhone 14” və “iPhone 14 Plus” modelləri haqqında bilməli olduğunuz hər şey

iphone-14-ve-iphone-14-plus-modelleri-haqqinda-bilmeli-oldugunuz-her-sey
Oxunma sayı: 3292

iPhone 14 iPhone 14 Plus — “Apple” brendinin 2022-ci ilin sentyabr ayında buraxılmış yeni modelləridir. Cihazların yığım keyfiyyəti, səmərəliliyi və kameraları ildən-ilə daha da yaxşılaşır. Şirkət bu dəfə “Mini” versiyasından imtina edərək məhsul seriyasına daha böyük qadcet əlavə edib. Məqalədə modellərin maraqlı özünəməxsusluqları haqqında danışmışıq. Əminik ki, onunla tanış olduqdan sonra “iPhone” smartfonunuzu yeniləmək istəyəcəksiniz.

Texniki parametrlər baxımından telefonlar əsasən oxşar olsalar da, “iPhone 14 Plus modelinin digər modeldən 3 əsas fərqi var: korpusun ölçüsü, displeyin diaqonalı və akkumulyatorun həcmi.  

iPhone 14 Plus

Xarici görünüşdəki fərqlər

Əvvəlki modeldən iPhone 14 və “iPhone 14 Plus modellərinə alümin korpus, düz kənarlar, paneldəki çıxıntı, kamera bloku, zərbəyədavamlı ekranda “Ceramic Shield” miras qalıb. Hər iki model 5 kosmik rəngdə təqdim olunur: “zülmət gecə”, “parlaq ulduz”,   bənövşəyi, mavi və “Product Red”.

6,1"-dək böyüdülmüş displeyə baxmayaraq, “iPhone 14” əvvəlki kimi yüngül və kompaktdır. Onun “böyük qardaşı” olan “iPhone 14 Plus” smartfonunun diaqonalı isə 6,7"-ə çatdırılıb ki, bununla da o, “Pro Max” seriyasına bənzər xarici görünüş alıb. Mobil oyunların və “YouTube” videolarının həvəskarları böyük ekran və yüngül çəkinin (200 qramadək) tandemini layiqincə qiymətləndirəcəklər.

Daha bir bəlli olmayan məqam – miqyaslanma ilə bağlıdır. “iPhone 14 Plus”un ekranında daha çox informasiya yerləşir. Bu, oyunlarda, tətbiqlərdə, brauzerdə, klaviatura ilə mətn daxil edərkən əyani hiss olunur.

Daxili müsbət dəyişikliklər: səmərəliliyin və avtonomluğun pespektivləri

“Apple” brendi “iPhone 14” və “iPhone 14 Plus” modellərinin daha güclü və sürətli olmasını təmin edib. Belə ki, yeni “А15 Bionic” çipi sayəsində tətbiqlər, “ağır” oyunlar və istənilən qrafik redaktorlar bir anın içində işə düşür. 14-cü seriyanın səmərəliliyi hələ azı 5 ilə kifayət edəcək səviyyədədir.

“iPhone 14” modelinin batareyası 20 saatlıq avtonom iş üçün nəzərdə tutulub, “iPhone 14 Plus” isə bir dəfə şarj olunmaqla 2 günədək işləmək imkanına malikdir. Bu isə yeni modelin daha bir müsbət tərəfidir.

Kameralarda nou-hau: daha yaxşı selfi və kinomatoqrafiya effekti

Hər iki model həm foto, həm də video çəkilişi baxımından etalona çevrilib. Kameraların yeni modulu 2 dəfə daha çox işıq ötürür və gecə rejimindən istifadə etmədən əla kadrlar çəkməyə imkan verir.

Bəs video? İstifadəçilər ekspozisiyada sıçramalardan və ya rasfokusdan (kadrdakı vacib obyektlərdə kəskinliyin olmaması) çəkinmədən zəngin təsvirli videoçarxlar çəkmək imkanı əldə ediblər. Kinomatoqrafiya rejimi ilə artıq 4K videolar çəkmək mümkündür. Daha bir müsbət bonus təkmilləşdirilmiş sabitlikdir. Hətta hərəkətli çəkiliş zamanı belə titrəməsiz təsvir əldə edə bilərsiniz.

Selfilərin keyfiyyəti də yaxşılaşıb. 12 mp-lik “TrueDepth” ön kamerası artıq avtomatik fokuslanmanı dəstəkləyir, qrup şəkillərindəki bütün şəxsləri tanıyır və eyni zamanda bir neçə üzə fokuslanır.

Daha bir neçə özünəməxsusluq

-  iOS 16 əməliyyat sistemində çalışan “Face ID” funksiyası artıq təkcə portret deyil, həm də albom rejimində işləyir.  

-  Toza və suyadavamlı bu cihazlar 1 m-dən çox dərinliklərə 30 dəqiqədən çox müddətə dalmağa imkan verir və dalma rejimində işləyə bilir. Bu səbəbdən, əgər “iPhone” smartfonunuz təsadüfən suya düşərsə, qətiyyən narahat olmağa dəyməz.

-14-cü nəsil “iPhone” smartfonlarının ekranı xüsusi örtüyə malikdir ki, bu da onları barmaq izləri ilə çirklənmədən qoruyur.

- Təkmilləşmiş kontrastlıq sayəsində ekranlar peşəkar HDR-videolarını  nümayiş etdirməyə imkan verir.

Yekun

Həm “iPhone 14”, həm də “iPhone 14 Plus” modelləri yeni nəsil smartfonların layiqli nümayəndələridir. Əgər bir əllə idarə edilən kompakt və yüngül telefonlara üstünlük verirsinizsə, “iPhone 14” sizin üçün ideal variantdır. Əgər vaxtınızın çox hissəsi videolara baxmaqla keçirsə, mobil oyunları sevirsinizsə, batareyanın həcmi sizin üçün əhəmiyyət kəsb edirsə, seçiminiz “iPhone 14 Plus” modeli olmalıdır.

“iPhone 14” və “iPhone 14 Plus” modellərini 12 aylıq sərfəli taksit şərtləri ilə “Apple” brendinin rəsmi resellerlərindən əldə edə bilərsiniz: iSpace, Kontakt Home, Baku Electronics, Irshad, Soliton, Bytelecom, MyShops, Maxi.az