“İPhone 6” üçün ABŞ-a gedən azərbaycanlıdan - - Açıqlama+Foto

iphone-6-ucun-abs-a-geden-azerbaycanlidan-
Oxunma sayı: 6460


ABŞ-ın paytaxtı Vaşinqtonda iPhone 6-nı satın almaq üçün növbəyə duranlar sırasında azərbaycanlılar da var. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, Bakı sakini İbrahim Niyazov telefona sahiblənmək üçün artıq okeanın o tayındadır. ABŞ-ın Virginiya ştatında telefon növbəsində olan həmyerlimizin sözlərinə görə, yaxın dəqiqələrdə telefon almaq üçün onun növbəsi olacaq:

“Çox həyəcanlıyam. Məndən başqa burada bir neçə azərbaycanlı da var. “İPhone 6”nın qiyməti isə burada 900 dollardır”. 

O həmçinin bildirib ki, İPhone 6-ya görə günlərdir çadırda yatanlar da var.

Rəvan Soltanov