“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Facebook-un F8 konfransında bu barədə açıqlama verilib. Belə ki, WhatsApp-ın iOS üçün səsli zəng xidməti funksiyası bir neçə həftə ərzində istifadəyə veriləcək.
WhatsApp qurucularından olan Brian Akton dünən qatıldığı bir paneldə mesajlaşma proqramı haqqında maraqlı açıqlamalar verib. O bildirib ki, əvvəllər şirkət daha çox Android sistem üçün əlavə funksiyalar hazırlayırdı.
Ancaq hazırda WhatsApp-ın iOS versiyası təkmilləşdirilir. “iPhone” istifadəçiləri çox qısa zamanda yeni səsli zəngli xidmətindən istifadə edə biləcəklər.
Son xəbərlər
Son Xəbərlər