“Qualcomm” və “Apple” şirkətləri arasında uzun müddətdir davam edən gərginliyə daha biri əlavə edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Qualcomm” “iPhone”larda akkumlyator ömrünü uzadan 6 patentin “Apple” tərəfindən oğurlandığını iddia edir.
Buna görə, “Apple” şirkəti məhkəməyə verilib və “Qualcomm” patentlərinin istifadə edildiyi “iPhone” modellərinin istehsalının dayandırılması tələb edilib.
Məsələ ilə bağlı qərarın 18 ay ərzində veriləcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər