ABŞ-ın “Asymco” təşkilatının mütəxəssisləri tədqiqat apararaq “iPhone” smartfonlarının maksimal istismar müddətini müəyyənləşdiriblər.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ekspertlər tərəfindən indiyədək satılan və sıradan çıxan bütün “iPhone” smartfonları haqqında məlumatların təhlili aparılıb.
Məlum olub ki, 2 milyarddan çox satılan “Apple” smartfonunun 750 milyon nüsxəsi ya sıradan çıxıb, ya da istismar olunmur. Mütəxəssislər tərəfindən aparılan hesablamaların nəticələrinə görə, “iPhone” smartfonlarının istismar müddəti orta hesabla 4 il təşkil edir. Bunu smartfon istifadəçiləri arasında keçirilən sorğu da təsdiq edib.
Son xəbərlər
Son Xəbərlər