Azərbaycanda son günlər elan saytları üzərindən dələduzluq hallarının sayı çoxalıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bir neçə şəxs saytlarda yerləşdirilən elanların məlumatlarını götürərək yenidən daha ucuz qiymətə öz adından sayta yerləşdirir. Buna görə də daha tez müştəri tapır. Bu dəfə isə alıcıdan məhsulu başqasına satmamaq üçün ödəniş terminallarından onun hesabına beh kimi ödəniş istəyir. Beh verildikdən sonra isə həmin şəxsləri tapmaq olmur.
Bu barədə son zamanlar sosial şəbəkələrdə aldadılan şəxslər tərəfindən yayılan məlumatlara rast gəlinib. Onlardan bir neçəsi artıq bu barədə polisə şikayət edib. Bakı sakini, 1985-ci il təvəllüdlü Zabil Məmmədov Yasamal RPİ-yə müraciət edərək bildirib ki, tap.az saytı üzərində "iPhone X" markalı telefonu satan və hazırda Lənkəranda olduğunu bildirən Nahid adlı şəxslə razılaşıb. Z. Məmmədov telefonu almaq üçün Nahidin hesabına "MilliÖn" vasitəsilə 300 manat beh göndərib.
Lakin bundan sonra həmin şəxsə zəng çatmayıb. Bu halların sayının çoxalması bu işlərin dəstə tərəfindən yaxud eyni adam tərəfindən törədildiyi məlum deyil.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər