Rusiyada fəaliyyət göstərən və smartfonlar üçün lüks aksessuarlar istehsal edən “Gresso” şirkəti “iPhone” üçün yeni keys təqdim edib.
“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, yeni keyslər “iPhone”na yüksək səviyyədə kibertəhlükəsizlik qazandırır.
Şirkətin verdiyi məlumata görə, keysin sayəsində kənar şəxslərin smartfona daxil olmaları mümkünsüzdür. Xüsusi keyslər nano-karbonatdan hazırlanıb. Bununla da, daxil olan və xaric olunan siqnalları blok edir. Nəticədə smartfon “görünməz” olaraq qalır. İstifadəçinin xəbəri olmadan “iPhone”dakı mikrofonu aktiv etmək və danışıqları dinləmək mümkünsüz hala gəlir.
Sözügedən layihə, 1 il əzində hazırlanıb. Şirkətin istifadə etdiyi xüsusi materialın sayəsində siqnalların tamamilə bloklanması mümkün olub. Beləliklə hakerlər hətta “iPhone”dakı GPS və GLONASS özəllikləri sayəsində belə istifadəçinin yerini təyin edə bilmirlər.


Son xəbərlər
Son Xəbərlər